Pompeo: ABŞ İrana qarşı müqavimət göstərmək üçün bütün variantları nəzərdən keçirir
17.06.2019 534 0.0 0

ABŞ regionda İrana qarşı müqavimət göstərmək üçün bütün variantları, o cümlədən hərb yolunu nəzərdən keçirir, lakin Vaşinqton Tehranla müharibə etmək istəmir.

Məlumata görə, bunu ABŞ Dövlət katibi Maykl Pompeo deyib.

M.Pompeo qeyd edib: "ABŞ prezidenti [Donald Tramp] bir neçə dəfə [bu variantlar barədə] məlumatlandırılmışdır. Hətta onu davamlı şəkildə məlumatlandıracağıq".

ABŞ-ın İrana qarşı hərbi variantı nəzərdən keçirəcəyinə dair jurnalistin sualına ABŞ Dövlət katibi: "Əlbəttə ki", - deyə cavab verib. Eyni zamanda, M.Pompeo əlavə edib: "Prezident Tramp çox açıq şəkildə vurğulayıb ki, o, müharibəni istəmir"/Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar