Polşa millisinin sabiq baş məşqçisi: `Mahir Emreli daim qol vurmalıdır`
20.11.2021 379 0.0 0

"Ümid edirəm ki, Tomaş Pexart "Legiya"ya kömək edə biləcək. Çünki komandaya standart vəziyyətlər zamanı başla oynamağı bacaran hücumçu lazımdır. Ola bilsin, çexiyalı forvard zədədən sonra komandanın oyununa çox şey qatacaq".

Məlumata görə, bu fikirləri Polşa millisisinin sabiq baş məşqçisi Frantsişek Smuda "Legiya"nın hücum xəttindəki problemlər barədə "Sport Express" nəşrinə müsahibəsində deyib.

Azərbaycan millisinin forvardı Mahir Emrelinin çıxışına da toxunan 73 yaşlı mütəxəssis onun sabit oyun göstərməli olduğunu bildirib: "O, daim qol vurmalıdır. Yoxsa nəzərə çarpmayacaq".

Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar