Polis zəncirvari qəzaya səbəb oldu - Hadisə yerindən qaçdı
27.09.2015 697 0.0 0

Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində 5 avtomobilin toqquşması ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Kəpəz TV-yə istinadən verilən xəbərə görə, şəhər sakini 43 yaşlı Əzimxan Tahirov idarə etdiyi Opel Astra markalı avtomobillə hərəkətdə olarkən onu ötüb keçmək istəyən Chevrolet Niva markalı avtomobillə toqquşub.

Daha sonra Chevrolet Niva markalı avtomobil yolun kənarında dayanan 3 müxtəlif maşına dəyib.

Qeyd edək ki, Chevrolet Niva markalı avtomobilin sürücüsü Kəlbəcər rayon polis bölməsinin əməkdaşıdır. Onun hansı səbəbdən hadisə yerini tərk etdiyi məlum deyil. Avtomobillərə xeyli ziyan dəyib, iki nəfər xəsarət alıb. Qəzanın dəqiq səbəbləri araşdırılır./qafqazinfo.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar