Polis nazirin helikopteri dənizə düşdü: 12 saat üzərək sağ qaldı - VİDEO
22.12.2021 391 0.0 0

Madaqaskarın şimal-şərq sahillərində polis nazirinin helikopteri dənizə düşüb.

Ölkənin polis naziri Serj Qelle və bir polis əməkdaşı qəzadan sonra müxtəlif vaxtlarda sahilə çıxa biliblər.

Madaqaskarlı nazir 12 saat üzdükdən sonra sahilə yaxınlaşıb. O, hadisə zamanı xəsarət almadığını bildirib.

Polis rəisi Zafisambatra Ravoavi bildirib ki, Qelle üzmək üçün helikopterin oturacaqlarından birini istifadə edib.

57 yaşlı Serj Qelle 30 il polis işlədikdən sonra avqust ayında nazir seçilib.

 

 

 

Mənbə:oxu.az


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar