Polis Bakıda intihar edən şəxsin kimliyini müəyyənləşdirmək üçün əhaliyə müraciət edib-FOTO
02.06.2016 690 0.0 0

 Bakıda özünü dənizə ataraq intihar edən kişinin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
 
Səbail rayon Polis İdarəsindən  verilən məlumata görə, dənizdən meyiti tapılan şəxsin gözləri göy, saçı sarı rəngdədir, əynində qara mayka və tünd rəngə cins şalvar olub.
 
Meyitin üzərinə baxış keçirilərkən bədinin müxtəlif yerlərində döymələr aşkar edilib.
 
Polis meyiti tapılan şəxsin fotolarını da  təqdim edib. Onu tanıyanlardan (012) 492-02-02 və (077) 513-10-46 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.
 
Qeyd edək ki, 30-35 yaşlı kişi ötən gün səhər saatlarında Dənizkənarı Milli Parkda özünü dəniz ataraq intihar edib.
 
Meyit sudan çıxarılıb.
 
Faktla bağlı araşdırma aparılır./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar