POLİS YEVLAXDA ƏMƏLİYYAT KEÇİRDİ
12.02.2015 772 0.0 0

Daxili İşlər Nazirliyi Yevlaxda həyata keçirilən xüsusi əməliyyatla növbəti açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, xüsusi əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Yevlax rayon polis şöbəsi əməkdaşları tərəfindnə keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakinləri Əli Nəbiyevdən 1 kiloqram 50 qram marixuana, Səbuhi Məmmədovdan 1 kiloqram 200 qram marixuana, əvvəllər məhkum olunmuşlar - Əlövsət Musayevin evindən 2 ədəd qumbara və 1 kiloqram 10 qram marixuana, Elxan Hüseynovun evindən “TT” markalı tapança və 2 qram heroin, Əsəd Məmmədovun evindən “AKSU” markalı silah, 2 ədəd qumbara, 29 ədəd avtomat patronu və 1,6 qram heroin, Mövsüm Musayevin evindən 2 kiloqram 400 qram marixuana, Arif Bəkirovun evindən 2 kiloqram 200 qram marixuana və 11 qram tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, DİN ötən gün nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayətkar aləmə meylli, sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanıldığını açıqlayıb. Yevlax sakinləri olan bu şəxslərin 5-i əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunub.

Onların üzərlərinə, yaşadıqları mənzillərə və istifadə etdikləri avtomobilə baxış zamanı 1 avtomat, 1 tapança, 4 əl qumbarası və xeyli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar