PKK İstanbuldakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
26.12.2015 556 0.0 0

Dekabrın 24-nə keçən gecə İstanbuldakı “Sabiha Qökçen” havalimanında törədilən  partlayışa görə məsuliyyəti PKK terror təşkilatının qolu olan “Kürdüstan azadlıq şahinləri” qruplaşması öz üzərinə götürüb. 

 

“Röyters”ə istinadən verilən xəbərə görə, bu barədə qruplaşmanın yaydığı məlumatda bildirilir.  

 

Terrorçular dekabrın 23-nə keçən gecə “Sabiha Qökçen” hava limanını minaatanlardan atəşə tutduqlarını iddia edirlər. Qeyd edək ki, partlayış nəticəsində yaralanan iki xadimələrdən biri ölüb. Başından xəsarət alan 30 yaşlı qadın xəstəxanada keçinib.

 

Qeyd edək ki, “Kürdüstan azadlıq şahinləri” qruplaşması PKK terror təşkilatının bir qoludur. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar