Peterburqda terror nəticəsində yaralananlardan biri azərbaycanlıdır- YENİLƏNİB
03.04.2017 1173 0.0 0

Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.

 

Bu barədə APA-nın Rusiya bürosuna Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.

 

E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.

 

Xəstəxanadan verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

*****

Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində yaralananların ilkin siyahısı açıqlanıb.

 

APA-nın Life.ru-ya istinadən verdiyi xəbərə görə, hazırda siyahıda 16 nəfərin adı var.

 

Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir. Onun azərbaycanlı olduğu ehtimal edilir.

 

Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar