Peterburq metrosunda terror törətmiş şəxsin Türkiyədən deportasiya edildiyi məlum olub
11.04.2017 872 0.0 0

Sankt-Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilov 2016-cı ilin dekabrında Türkiyədən deportasiya edilib.

 

Məlumata görə, bu barədə “Yeni Akit” qəzeti məlumat yayıb.

 

Həmin şəxsin Türkiyə ərazisində yaşadığı müddət barədə məlumat verilmir. Bildirilir ki, onun adı “qara siyahı”ya salındıqdan sonra təxminən daha bir il ölkədə qanunsuz yaşayıb.

 

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda terror aktı törədilib. Nəticədə 14 nəfər ölüb. Terrorun əslən Qırğızıstandan olan etnik özbək, Rusiya pasportuna malik 22 yaşlı Akbarjon Cəlilov tərəfindən törədildiyi məlum olub.

 

Ölənlərən biri, yaralananlardan da biri azərbaycanlıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar