Peskov: «Vladimir Putinin mətbuat konfransı yüksək təhlükəsizlik tədbirləri ilə keçiriləcək»
21.12.2016 1171 0.0 0

Rusiya Prezidenti Vladimir Putinin dekabrın 23-də keçiriləcək böyük mətbuat konfransında ənənəvi olaraq yüksək təhlükəsizlik tədbirləri görüləcək.

Qazeta.info "Report" -a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Dövlət başçısının iştirakı ilə keçirilən tədbirlərdə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur" - D.Peskov vurğulayıb.

Qeyd edək ki, Ankarada qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovla vida mərasimində iştirak səbəbinə görə V.Putinin mətbuat konfransının tarixi bir gün sonraya - dekabrın 23-nə keçirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar