Peskov: Moskva Vaşinqtonla konstruktiv əlaqələrin qurulmasına hazırdır
23.11.2016 1023 0.0 0

 

“Rusiya-ABŞ münasibətlərini konstruktiv məcraya salmaq o qədər asan olmayacaq”.

 

Məlumata görə, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.  

 

“Çətin ki, bu münasibətləri daha da korlamaq mümkün olsun. Lakin ümid edirik ki, dialoq bərpa olunacaq, əlaqələrin konstruktiv məcraya salınması ilə bağlı asan və təbii ki, sürətli olmayan proses başlayacaq”, - deyə o vurğulayıb.

 

Peskov qeyd edib ki, rəsmi Moskva Vaşinqtonla konstruktiv əlaqələrin qurulmasına hazırdır./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar