Peskov: `Rusiyaya qarşı sanksiyaların götürülməsi qarşılığında ABŞ ilə hansısa anlaşma müzakirə olunmur`
30.01.2017 872 0.0 0

"Rusiyaya qarşı sanksiyaların götürülməsi qarşılığında ABŞ ilə hansısa anlaşma müzakirə olunmur".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Hələlik hansısa anlaşma barədə danışmaq imkanı yoxdur. Əvvəlcə prezidentlərin görüşünün vaxtı və yerini müəyyənləşdirmək lazımdır" - D.Peskov bildirib.

Onun sözlərinə görə, yanvarın 28-də Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığı zamanı müzakirə olunan mövzulara onların şəxsi görüşlərində də ətraflı toxunulacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar