Pentaqon Rusiya aviasiyasının İŞİD-in ikinci şəxsini məhv etdiyinə dair məlumatı təkzib edib
31.08.2016 567 0.0 0

Pentaqon Rusiya aviasiyasının İŞİD-in ikinci şəxsini məhv etdiyinə dair məlumatı təkzib edib.

 

Reuters agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Pentaqon nümayəndəsi bildirib.

 

“Rusiyanın bəyanatı cəfəngiyatdır”, deyə adının açıqlanmasını istəməyən mənbə vurğulayıb.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə nazirliyi Hələb vilayətində aviazərbələr zamanı İŞİD-in ikinci şəxsi sayılan və mətbuatla iş üzrə rəsmi nümayəndəsi kimi tanınan səhra komandiri Əbu Məhəmməd Əl-Adnani məhv edildiyini bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar