Pentaqon: KXDR sınaqları davam etdirmək niyyətindədir
17.12.2019 449 0.0 0

ABŞ-ın müdafiə naziri Mark Esper hesab edir ki, əgər Koreya Xalq Demokratik Respublikası (KXDR) ikitərəfli danışıqların gedişindən razı qalmasa, sınaqları davam etdirəcək.

Bildirək ki, bu barədə o, "Reuters"ə müsahibəsində bildirib.

"Biz sınaqlar haqqında bəyanatları müşahidə edirdik. Düşünürəm ki, əgər Koreya Xalq Demokratik Respublikası hakimiyyəti danışıqlar prosesinin gedişindən razı qalmasa, sınaqların keçirilməsi son dərəcə ehtimal ediləndir", - Esper deyib.

O, söhbətin məhz hansı danışıqlardan getdiyini dəqiqləşdirməyib. 

Müdafiə Nazirliyinin başçısı həmçinin qeyd edib ki, onun Şimali Koreyadakı həmkarları ilə qarşılıqlı fəaliyyət təcrübəsinə əsasən, ABŞ nüvəsizləşdirilməsi üzrə danışıqları davam etdirmək lazımdır.

"Mən artıq Koreya yarımadasını 25 ildir müşahidə edirəm. Buna görə də onların qorxu taktikası ilə tanışam və hesab edirəm ki, biz buna ciddi yanaşmalı və yarımadanın nüvəsizləşdirilməsina imkan verən siyasi razılaşmanın müzakirəsinə başlamalıyıq", - deyə o bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar