Pentaqon İŞİD-in daha 3 liderinin öldürüldüyü haqda məlumat yayıb
10.12.2015 391 0.0 0

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Stiv Uorren Amerikanın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın keçirdiyi əməliyyat zamanı İŞİD-in daha 3 liderinin məhv edildiyini bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  “Reuters” məlumat yayıb.  
 
Stiv Uorrenin sözlərinə görə, hava zərbələri nəticəsində İŞİD-in “maliyyə naziri” Əbu Salah və daha iki lideri məhv edilib.  
 
Bundan əvvəl Pentaqon İŞİD-in Liviyadakı qolunun lideri Əbu Nabilin məhv edildiyini təsdiqləyib.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar