Pekin-2022: İdmançı operatorun üstünə yıxılıb
17.02.2022 558 0.0 0

Finlandiyalı fristaylçı Yon Sallinen Pekin-2022 Qış Olimpiya Oyunlarında operatorla toqquşub.

Məlumata görə, idmançı tullanma hərəkətini yerinə yetirərkən həmin şəxsin üzərinə düşüb.

Toqquşmadan sonra operatorun kamerası yerə düşüb, idmançı isə arxası üstə yıxılıb.

Hər iki şəxs ciddi xəsarət almayıb. İnsidentə baxmayaraq, fristaylçı yürüşünü başa vura bilib.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar