Pan Gi Mun: «Mən Azərbaycanın rəhbərliyinə arxalanmağa davam edəcəyəm»
30.05.2015 789 0.0 0

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun Azərvaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 məlumatına görə, məktubda deyilir: 

"Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bu il BMT 70 illiyini qeyd edir. Bu, bizdə quruculuq işlərinə dair öhdəliyimizi yeniləmək, sülh, inkişaf və insan hüquqları ilə bağlı səylərimizi ikiqat artırmaq məsuliyyəti yaradır. Əminəm ki, bizim sabit inkişafla bağlı birgə səylərimiz bütün dünyanın mənafeyinə əhəmiyyətli və davamlı töhfə verəcək.

Hər bir ölkə bizim birgə səylərimizə özünməxsus töhfə verir. Mən Azərbaycanın fəal iştirakına və rəhbərliyinə arxalanmağa davam edəcəyəm. Ümumi məqsədlərdə inkişafa yalnız birgə səylərlə nail olmaq mümkündür".

Bir digər təbrik məktubu isə İtaliya Respublikasının Prezidenti Sergio Mattarelladan gəlib. 

Təbrik məktubunda deyilir: "İtaliya xalqı adından və öz adımdan Azərbaycan xalqına Respublika Günü münasibətilə səmimi qəlbdən sülh və rifah arzulayıram.

İtaliya və Azərbaycan artıq uzun müddətdir ki, xalqlarımız arasında möhkəm və uzunmüddətli dostluq münasibətlərindən bəhrələnən və müxtəlif səviyyələrdə keçirilən görüşlərlə zənginləşən səmərəli əməkdaşlıq mərhələsinə qədəm qoyublar.

Ümid edirəm ki, ölkənizin Avropa İttifaqı ilə daha geniş əlaqələri çərçivəsində bizim mövcud sıx əməkdaşlığımız və bunun nəticəsi olan ümumi təşəbbüslərimiz gələcəkdə daha da güclənəcəkdir.

Bu ümidlə də Sizə möhkəm cansağlığı, xalqınıza rifah arzu edirəm"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar