Pərdə və plyonkalar bu gün söküləcək? - Qanun dəyişəcək
15.11.2019 476 0.0 0

Noyabrın 15-dən avtomobillərdə pərdə və plyonkaya verilən icazə müddəti başa çatır. Son günlər sürücüləri ən çox düşündürən suallardan biri pərdə və plyonkaya bu il icazənin verilib-verilməməsidir. 

Ötən illərlə müqayisədə bu il sürücülər avtomobilin arxa yan şüşəsi üçün pərdədən çox, plyonkadan istifadə ediblər. 

Məlumata görə, bu il əvvəlki illərdən fərqli olacağı ehtimal edilir. Belə ki, sürücülərin pərdə və plyonkadan istifadə qadağasının tətbiq edilməyəcəyi bildirilir. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir. Amma bunun nə vaxt baş verəcəyi dəqiq məlum deyil. Odur ki, qaydalar dəyişənədək mövcud qanunu üstün tutmağı tövsiyə edirik./Avtosfer.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar