Ostin: `ABŞ özünü nüvə təhlükələrindən qorumağa qadirdir`
19.03.2022 397 0.0 0

“Amerika Birləşmiş Ştatları özünü nüvə təhlükələrindən qorumağa qadirdir”.

Qazeta.info APA -ya istinadla xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin CNN telekanalına müsahibəsində bildirib.

“Məncə heç kim nüvə silahlarının necə istifadə edildiyini görmək istəmir. Düşünürəm ki, nüvə silahları, onların yerləşdirilməsi ilə bağlı hansısa hədsiz ritorika kömək etmir", - deyə Ostin bildirib.

O vurğulayıb ki, ABŞ öz imkanlarına və özünü müdafiə etmək qabiliyyətinə arxayındır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar