Orta məktəblərdə I sinif məhkəməsi (SİYAHI)
12.05.2015 637 0.0 0

 

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2015-2016-cı dərs ili üçün I

 

sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni

 

nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata

 

keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etmək üçün

 

Bakı şəhərinin 7 təhsil müəssisəsində apelyasiya komissiyası

 

yaradılmışdır.

 

 

Qazeta.info Bakı Şəhəri Təhsil İdarəsinə istinadla bildirir ki, komissiyalar mayın 13-dən iyunun 12-nə və avqustun 12-dən sentyabrın

 

25-dək fəaliyyət göstərəcəkdir. Müraciətlərin qəbulu və baxılması hər

 

həftənin III və V günləri saat 10:00-dan 16:00-dək həyata keçiriləcəkdir.

 

Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir

 

gün əvvəl təşkil olunacaqdır.

 

 

 

Apelyasiya komissiyalarının fəaliyyət göstərəcəyi ünvanlar:

 

 

 

 

1.  Binəqədi-Nəsimi rayonları üzrə - Binəqədi rayonu 276 nömrəli tam

 

orta məktəb (Naxçıvani küçəsi 38)

 

 

2.  Səbail-Yasamal rayonları üzrə - Səbail rayonu 2 nömrəli Texniki

 

Humanitar Lisey (B. Sərdarov küçəsi 24)

 

 

3.  Nizami-Nərimanov rayonları üzrə - Nizami rayonu 32 nömrəli tam

 

orta məktəb (Özbəkistan küçəsi 3)

 

 

4.  Qaradağ rayonu üzrə - Qaradağ rayonu 166 nömrəli tam orta məktəb

 

(Lökbatan qəsəbəsi, Nizami küçəsi 4)

 

 

 

 

5.  Xəzər-Pirallahı rayonları üzrə - Xəzər rayonu 156 nömrəli tam orta

 

məktəb (Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi 38)

 

 

6.  Suraxanı-Xətai rayonları üzrə - Xətai rayonu 95 nömrəli tam orta

 

məktəb (Əhmədli qəsəbəsi, Q. Nəbi küçəsi 13)

 

 

7.  Sabunçu rayonu üzrə - 252 nömrəli tam orta məktəb (Bakıxanov

 

qəsəbəsi, Gənclik küçəsi 31)

 

 

Apelyasiya komissiyalarının təşkili barədə əmr


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar