Ordu düşmənə qarşı «cəhənnəm silahını» işə saldı – İLK DƏFƏ
04.04.2016 583 0.0 0

Ermənilərin hərbi obyektlərinə ağır zərbələr endirilib.
Azərbaycan ordusu erməni işğalçılarının Silahlı Qüvvələrimizin mövqelərinə əks-hücumlarından müdafiə olunmaq məqsədilə düşmənin hərbi obyektlərinə qarşı “TOS-1A” “Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib.

Qazeta.info bildirir ki, bu barədə oxu.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.

Qeyd edək ki, Azərbaycan Rusiyadan aldığı bu silahdan ilk dəfədir ki, hərbi əməliyyatlarda istifadə edir.

Yüksək dağıdıcı gücünə, hədəfləri dəqiq məhv etmək imkanlarına görə bu odsaçanlar həm də “cəhənnəm silahları” kimi tanınırlar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar