Ordu döyüşə hazır vəziyyətə gətirildi - Müharibə hər an başlaya bilər
08.05.2017 887 0.0 0

Cənubi Koreya ordunu döyüşə hazır vəziyyətə gətirib. Bu addım Koreya Xalq Demokratik Respublikası tərəfindən gələ biləcək gözlənilməyən provokasiyalara qarşı önləm olaraq atılıb.

Qazeta.info Publika.az -a istinadla xəbər verir ki, bu barədə Milli Müdafiəsinin Nazirliyinin rəsmi nümayəndəsi Mun San Qyun məlumat verib.

Onun sözlərinə görə, Cənubi Koreyanın silahlı qüvvələri keçirilən prezident seçkilərinə görə gücləndirilmiş döyüş hazırlığı vəziyyətinə gətirilib.

O qeyd edib ki, bu dövrdə Pxenyan ballistik raketin və ya nüvə silahının sınaq uçuşlarını keçirə bilər.

Xatırladaq ki, Cənubi Koreyanın sabiq prezidenti Kın Xe Qal martda öz postunu təhvil verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar