OPEK ölkələri neft hasilatının azaldılması üzrə saziş barədə razılığa gəliblər
06.12.2019 520 0.0 0

OPEK ölkələri nazirlər səviyyəsində keçirilən iclasda neft hasilatının azaldılması üzrə sazişin taleyi ilə bağlı razılığa gəliblər, lakin danışıqların dekabrın 6-sı davam etdirilməsi planlaşdırılır.

Məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri şəhzadə Əbdül Əziz bin Salman Vyanada keçirilən görüşün yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib: "Biz bütün OPEK iştirakçıları ilə razılaşdıq. OPEK üzvləri arasında həmişə razılaşma var".

Eyni zamanda Əbdül Əziz bin Salman qeyd edib ki, OPEK nazirləri ilə əldə edilən razılaşma OPEK+ formatının nazirlər görüşündə müzakirə ediləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar