Ölüm yatağında olanların son arzusu (FOTO)
07.03.2015 977 0.0 0

Hollandiyada 3 yaşlı insanın ölümlərindən öncə son arzuları təəccübləndirib. Məlumata görə, ölümündən öncə onlar son dəfə muzeyə getmək istəyiblər. 

Xərəklə muzeyə gətirilən yaşlılar sənət və tarix muzeyi olan Rijksmuseumi tibb işçilərinin dəstəyi ilə gəziblər. 

Onlar son dəfə muzeydəki rəsmləri izləyib, onları detallarına kimi tədqiq ediblər. 

Onları muzeyə dilək gerçəkləşdirmə ambulansı aparılıb. Xəstələrin son arzularının icrasına ümumilikdə 200-ə yaxın tibbi personal cəlb edilib.

Ölüm döşşəyində olanların son arzularını reallaşdırmağa kömək edən dilək təcili yardımı 2007-ci ildə qurulub. Bu xidmət işə düşdüyü gündən bu günə kimi 6 mindən çox insana yardım edib. /anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar