Olimpiya çempionu Xarlan Bakıda döyüşə hazırlaşır
21.06.2015 711 0.0 0
Şpaqa ilə fərdi yarışlarda güclü mübarizə gözlənilir

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, qılıncoynatma üzrə Olimpiya çempionu Olqa Xarlan Ukraynada tanınmış şəxsdir. O, idmandan savayı modellik və siyasətlə də məşğuldur. Olqa Avropa Oyunlarında ad qazanmaq istəyən gənc rəqibləri ilə mübarizə aparacaq.

Dünya çempionu və dünya reytinqində 1 nömrəli bu idmançı Bakıda keçirilən yarışlarda qadınlar arasında ən yüksək-profilə malik qılıncoynadandır. İlk Avropa Oyunları 11 iyun tarixində İsveçrədə tamamlanan Avropa çempionatı ilə 13 iyul tarixində Rusiyada başlayacaq dünya çempionatı arasında keçirilir.

24 yaşlı cazibədar idmançı - Olqa Xarlan bir neçə dəfə Ukraynada yerli parlamentə qoşulub, məşhur kişi jurnalının üz qabığı olub. Həmçinin, Avropa Oyunlarının beynəlxalq tanıtımında iştirak edərək İçərişəhərdə Bakı 2015-in videosuna çəkilib.

Xarlanın idmandakı ilk ciddi uğuru Pekin 2008-də komanda hesabında qazandığı qızıl medalıdır. İndi isə Olqa Bakıda qadınlar arasında sablya ilə fərdi yarışda mübarizə aparacaq dünya reytinqində ilk 20-likdəki üç qılıncoynadandan biridir. O, 23 iyun tarixində Kristal Zalda başlayacaq qılıncoynatma üzrə yarışda birinciliyə əsas namizəddir. 

Xarlanın iyunun 25-də sablya ilə fərdi yarışda dünya reytinqində doqquzuncu sırada olan Almaniyadan Vassiliki Voujiouka və 19-cu yerdə sıralanan Anna Limbaç ilə gərgin döyüşü gözlənilir.

Qılıncoynatma ulduzlar Bakıya toplaşır

Bakıda qılıncoynama üzrə Rio 2016 üçün təsnifat xalı verilmir. Buna baxmayaraq, qadınlar arasında şpaqa ilə fərdi yarışlarda nüfuzlü idmançılar mübarizə aparacaqlar. Onların arasında Avropa çempionatının bürünc medalçısı rumıniyalı Simona Pop da var. 

Açılış günündə şpaqa üzrə yarışlarda dünya reytinqində 2-ci yerdə olan və Olimpiyanın gümüş medalçısı rumın Ana Mariya Branza səkkizinci yerdə sıralanan alman Britta Heydemanla görüşəcək. Dünya reytinqində 3-cü olan eston Erika Kirpu da isə altıncı yerdə qərarlaşan ukraynalı Yana Şemyakina ilə üzləşəcək.

 "Mənim yarışımda güclü idmançılar var. Son həftələrdə ayağımdan aldığım zədəyə görə oyunlara xüsusilə hazırlaşa bilmədim. Amma burada Olimpiya atmosferi var və bu, məni növbəti il Rioda keçiriləcək Olimpiya Oyunlarına motivasiya edir." - 2008-ci ilin olimpiya çempionu və 2012-ci ilin Olimpiya gümüş medalçısı Heydeman bildirib.

Çərşənbə günü 24 iyun tarixində keçiriləcək qadınlar arasında rapira ilə fərdi yarışda cavan idmançılardan bəzilərinin parlamaq şansı var. Ən yüksək reytinqə malik qılıncoynadanlar arasında dünya reytinqində 17-ci olan Adelina Zaqidulina (RUS) və 2013-cü ilin dünya gümüş medalçısı alman Karolin Qolubitski də var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar