Ohanyan sərhədə gəldi (FOTO)
12.05.2015 663 0.0 0

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycan sərhədinə gəlib.

Məlumata görə, Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonuna gələn Ohanyan buradakı müdafiə məntəqəsinə və hərbi hissənin poliqonuna baş çəkib.

O həmin hərbi hissədəki vəziyyətlə və əsgərlərin sərəncamındakı silahlarla tanış olub.

Ohanyan müdafiə məntəqəsindəki yeni silahlarla tanış olduqdan sonra burada keçirilən hərbi təlimləri izləyib. Daha sonra isə mətbuat konfransı keçirib./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar