Obama Putinlə Ukrayna və Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədir
24.09.2015 553 0.0 0

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə Nyu Yorkda keçiriləcək görüş zamanı Ukrayna və Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.   
 
“Biz təsdiqləyirik ki, prezidentlərin görüşü BMT Baş Assambleyası çərçivəsində prezident Putinin sorğusu əsasında baş tutacaq. Ukrayna və Suriyadakı vəziyyəti nəzərə alaraq və Moskva ilə dərin fikir ayrılığı olmasına baxmayaraq, prezident hesab edir ki, ruslarla yüksək səviyyəli danışıqlarda irəliləyişə nail olmaq fürsətini əldən vermək məsuliyyətsizlik olardı”, deyə diplomat bildirib.      


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar