Obama İŞİD-dən qorxur (VİDEO)
07.07.2015 645 0.0 0

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İŞİD qruplaşmasına qarşı mübarizənin asan olmadığını etiraf edib. 

ANS TV-nin məlumatına görə, Obama Pentaqona səfəri zamanı bildirib ki, buna əsas səbəb silahlıların mülki insanlar arasında gizlənməsidir. Bununla belə, Obama İraq və Suriyada İŞİD-ə qarşı mübarizədə irəliləyişin də olduğunu deyib.

Obama onu da qeyd edib ki, anti-İŞİD Koalisiyası indiyə qədər bu qruplaşmaya məxsus minlərlə strateji mövqelərə 5 mindən çox aviazərbə endirib: 

“İŞİD üzərində qələbə dərhal mümkün olmayacaq. Bu, uzunmüddətli bir kampaniyadır. İŞİD hiyləgər və çevikdir. İraq və Suriyada onlar günahsız insanların arasında gizlənirlər. Onların aşkarlanıb məhv edilməsi isə müəyyən vaxt tələb edir. Bunu etmək yerli hərbi qüvvələrin əsas vəzifəsi olmalıdır. Biz isə, hərbi təlimlər və havadan dəstəklə onlara kömək edəcəyik”. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar