Novruz bayramı günlərində azyaşlı tamaşaçılar üçün `Gəl baharım, gəl yazım` tamaşası təqdim ediləcək
15.03.2018 993 0.0 0

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlı tamaşaçılar üçün “Gəl baharım, gəl yazım” tamaşasını təqdim edəcək. Səhnə əsəri Xanım Həsənovanın eyniadlı əsəri əsasında hazırlanıb.

Qazeta.info xəbər verir ki, səhnə əsərinin rejissoru Anar Babalı, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Uşaqların marağına səbəb olaraq onları əyləndirəcək rəngarəng tərtibatlı tamaşada aktyor Ramin Şıxəliyev və Vüsal Xalıqoğlu (Kosa), Cümşüd Zeynalov və Vüsal Mustafayev (Keçəl), Rəşad Bəxtiyarov və Mehman Fətullayev (Xan Çoban), əməkdar artistlər Mehriban Xanlarova (Əkinçi), Mirzə Ağabəyli (Bağban), aktyor Rüstəm Rüstəmov (Bağban), aktrisalar Şəhla Əliqızı və Rada Nəsibova (Bahar), Firuzə Balayeva və Xədicə Novruzlu (Qış), Ceyran Baxışova (Buz), Sona Novruzova (Qar), Əlləz Əhmədov (Çovğun), Əminə Cəfərova (Boran), Ləman Fərmanlı (Su çərşənbəsi), Fərid Vəliyev (Od çərşənbəsi), Mehin Məmmədli (Yel çərşənbəsi), Nəzrin Əsgərzadə (Torpaq çərşənbəsi) iştirak edəcək.

Səhnə əsərinin süjet xətti belədir: Xan çoban, əkinçi və bağban qışın gec getməyindən narazıdırlar. Onlar bir yerdə Baharın üstünə şikayətə gedirlər. Bahar onları diqqətlə dinləyir və çərşənbələri qışın üstünə göndərir. Gərgin mübarizədən sonra Xan çoban, əkinçi və bağbanın arzusu yerinə yetir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar