Növbəti dəfə avtobus və yük avtomobili toqquşdu
08.06.2015 702 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

Məlumata görə hadisə nəticəsində avtomobillər deformasiyaya uğramış, “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:04-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar