Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların adları açıqlanıb
15.12.2019 633 0.0 0

Dekabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 


Qazeta.info MSK-nın məlumatına əsasən bildirir ki, iclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və Böyük Azərbaycan Partiyasının 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətlərə baxılıb. Komissiya sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar