Nemtsovun qətlində şübhəli bilinən şəxslər İnquşetiyada həbs olundu
08.03.2015 657 0.0 0
Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslər İnquşetiya ərazisində saxlanılıb.

 

 “TASS”a istinadən verilən xəbərə görə, bu barədə İnquşetiya Təhlükəsizlik Şurasının katibi Albert Baraxayev bildirib.

 

Onun sözlərinə görə, saxlanılanlardan Anzor Qubaşev avtomobillə Malqobekdən anasının yaşadığı Voznesenovskaya qəsəbəsinə gedərkən saxlanılıb. Zaur Dadayev isə Maqas şəhərində saxlanılıb.   

 

Təhlükəsizlik Şurasının katibi  Qubaşevin qardaşının da saxlanıldığını bildirib.  

 

Məlumata görə, Qubaşev və Dadayev ailələri 60-cı illərdə Çeçenistanın İtum Kalinski rayonundan İnquşetiyanın Voznesenovskaya qəsəbəsinə köçüblər.  

 

Albert Baraxayev bildirib ki, Anzor Qubaşev və  Zaur Dadayevin Qroznıda mənzilləri var və onlar orada yaşayıb.

 

Baraxayev  Zaur Dadayevin son 10 il ərzində Çeçenistan DİN-in “Şimal” batalyonunda xidmət etdiyini qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar