«Neftçi»nin matçında dava (VİDEO)
10.07.2015 909 0.0 0

 

Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Mladost" - "Neftçi" matçından sonra dava düşüb.

Məlumata görə, görüşün final fitindən sonra əvvəlcə meydandakı futbolçular, daha sonra isə ehtiyat oyunçuları arasında gərginlik yaşanıb. Hakimlər, məşqçilər və digər futbolçuların müdaxilsəindən sonra dava başa çatıb. Bundan sonra hər iki komandanın futbolçuları meydanı tərk ediblər. 

Xəsarət alanlar barəsində isə dəqiq məlumat yoxdur.
Monteneqrodakı matç 1:1 hesabı ilə nəticələnib. "Neftçi" hər iki oyunda məğlub olmasa da mərhələyə adlaya bilməyib."Mladost" səfər qolunun hesabına təmsilçimizi mübarizədən kənarlaşdırıb. Bakıdakı qarşılaşma isə 2:2 hesabı ilə başa çatmışdı./anspress/

 

Oyundan sonra baş verən dava

 

"Mladost" "Neftçi" qarşılaşması heç-heçə bitib.

 

 

Klublar arasında ilk görüşdə 2-2 hesabı ilə bitib


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar