Neft hasilatı səviyyəsinin dondurulması qiymətlərə ciddi təsir etməyəcək-Goldman Sachs:
17.02.2016 575 0.0 0

ABŞ-ın "Goldman Sachs" bankının proqnozlarına görə 15 ildə ilk dəfə OPEC və digər ölkələrin neft hasilatı səviyyəsinin dondurulması ilə bağlı əldə etdiyi razılıq "qara qızıl"ın qiymətlərinə ciddi təsir etməyəcək.
 
Qazeta.info "APA-Economics"-ə istinadla xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuelanın birgə qərarına baxmayaraq, hələ də bazarda yüksək səviyyədə qeyri-müəyyənlik müşahidə olunur.
 
"Goldman Sachs"ın analitikləri hesab edir ki, verilən qərarın effektiv olması İran və İraqın neft hasilatından asılıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar