Neft bahalaşır
24.04.2017 732 0.0 0

Dünya birjalarında neft bahalaşıb.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar və ya 0,46% artaraq 49,85 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,52% azalaraq 52,23 dollar olub.

 

Bununla da neft 6 gün sonra bahalaşma nümayiş etdirib. Neftin qiymətinin artmasına OPEC monitorinq komitəsinin hasilatın azaldılması barədə razılığın uzadılması barədə qərarı səbəb olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar