Nazirlik «Bölgələrdən paytaxta» adlı növbəti mədəni tədbirin keçiriləcəyi rayonu açıqlayıb
01.06.2015 655 0.0 0

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının icrası regionlarda məqsədyönlü tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın milli folklor, sənətkarlıq və diyarşünaslığın qorunması, xalq yaradıcılığının təşviqi işinə əlavə təkan vermişdir.
Qazeta.info Mədəniyyət Nazirliyinə istinadla bildirir ki, bununla əlaqədar olaraq, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının "Bölgələrdən paytaxta" adlı mədəni tədbirləri həyata keçirilir.
Tədbirlər çərçivəsində regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının konsertinin təşkili, bölgələrin adət-ənənələri, tətbiqi sənəti, mətbəx nümunələri, sosial-iqtisadi inkişafı və turizm potensialını əks etdirən sərgilərin nümayiş olunur.
Layihə çərçivəsində İsmayıllıya həsr olunmuş növbəti tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və İsmayıllı rayon Mədəniyyət Və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə 2 iyun tarixində saat 18:30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaqdır.
Məlumat üçün bildiririk ki, "Bölgələrdən paytaxta" layihəsinin Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy rayonlarına həsr olunmuş təqdimatları keçirilmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar