Nazirlərimiz haqqında bilmədiklərimiz (FOTO)
12.10.2015 836 0.0 0

Azərbaycanda 8 nazir ixtisasi üzrə işləmir. Trend informasiya agentliyi Azərbaycan nazirlərinin ixtisaslarını araşdırıb.

Təhsili və ixtisası üzrə fəaliyyət göstərməyən nazirlərdən biri təhsil naziri Mikayıl Cabbarovdur. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

 

Mikayıl Cabbarov - təhsil naziri


Milli Təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

 

Eldar Mahmudov - milli təhlükəsizlik naziri


Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. "Azərbaycan" Universitetində ikinci ali təhsil alıb.

Kəmaləddin Heydərov - fövqəladə hallar naziri


Müdafiə Sənayesi naziri Yavər Camalov 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

 

Yavər Camalov - müdafiə sənayesi naziri


Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. O, 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetində Fulbrayt professoru vəzifəsində çalışıb. Hüseynqulu Bağırov Tarix elmləri doktoru, professordur.


Hüseynqulu Bağırov - ekologiya və təbii sərvətlər naziri


Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib, magistr dərəcəsi alıb.

 

Samir Şərifov - maliyyə naziri


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 1978-ci ilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib.

 

Əbülfəs Qarayev - mədəniyyət və turizm naziri


Gənclər və idman naziri Azad Rəhimov 1986-cı ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib.

 

Azad Rəhimov - Gənclər və idman naziri

Bununla belə. ixtisasına uyğun olan vəzifələri tutan nazirlərimiz də var. Onlardan biri Müdafiə naziri, general-polkovnik Zakir Həsənovdur. O, 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının akademik İdarəetmə kurslarını bitirib.

 

Zakir Həsənov - Müdafiə naziri


Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib.

 


Ramil Usubov - daxili işlər naziri


Xarici İşlər naziri Elmar Məmmədyarov 1982-ci ildə Kiyev Dövlət Universiteti Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakülətəsini bitirib. Tarix elmləri namizədidir.

 


Elmar Məmmədyarov - xarici işlər naziri


Energetika naziri Natiq Əliyev 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirib. Geologiya-mineralogiya elmləri namizədidir.

Natiq Əliyev - energetika naziri


Nəqliyyat naziri Ziya Məmmədov Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.

 

Ziya Məmmədov - nəqliyyat naziri


Rabitə və Yüksək texnologiyalar naziri, akademik Əli Abbasov 1976-cı ildə Moskva Energetika İnstitutunu "Avtomatika və telemexanika" ixtisası üzrə bitirib. 1981-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1996-cı ildə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

 

Əli Abbasov - rabitə və yüksək texnologiyalar naziri


İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.

 

Şahin Mustafayev - iqtisadiyyat və sənaye naziri


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini bitirib. 1987-ci ilin noyabrında namizədlik, 2006-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. İqtisad elmləri doktorudur.

 

Səlim Müslümov - əmək və əhalinin sosial müdafiəsi naziri


Kənd Təsərrüfatı naziri Heydər Əsədov 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

 


Heydər Əsədov (ortada) - Kənd Təsərrüfatı naziri


Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edən O.Şirəliyev professor, tibb elmləri doktorudur.

 


Oqtay Şirəliyev - səhiyyə naziri


Ədliyyə naziri Fikrət Məmmədov 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirib.

 

Fikrət Məmmədov - ədliyyə naziri./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar