UCAR NATARİUSU VƏTƏNDAŞDAN 1000 MANAT RÜŞVƏT İSTƏYİB
24.12.2014 728 0.0 0

Ucar rayonu Firdovsi küçəsi ev 21-də yaşayan Həsənova Züleyxa Əli qızı Qazeta.info-ya şikayət məktubu ünvanlayıb.

Z.Həsənova şikayət məktubunda yazır:

"Həyat yoldaşım Həsənov Həsən Xəlil oğlu 20 Mart 2014-cü il tarixdə vəfat edib. Onun adına olan hazırda yaşadığımız evimizi oğlum Hüseynin adına keçirmək üçün Ucar Rayon notariusun Elman Cəlalov məndən 1000 manat rüşvət istəyir. Bu məbləğdə pulumun olmadığını bildirdikdən mənə dediki bu mümkün deyil, onda gərək ev birinci sənin adına keçirilsin, sonra da oğlunun adına keçirə bilərsən. buna görə də Ucar rayon Notarusu Elman Cəlalov bizi süründürməçiliyə məruz qoyub. Bütün sənədlərimiz hamısı qaydasındadır və ailə üzvülərimiz hamısı buna razıdır ki, ev birbaşa oğlum Hüseynin adına keçsin. Mənə hüquqşünaslar bildirirlər ki, notarius yalan deyir bir başa evi oğlunun adına keçirə bilərsiniz. rüşvətə görə notarus bizi süründürür. Mən Ucar rayon Notarusu Elman Cəlalovun bu qanunsuz əməli barədə Ədliyyə Nazirliyinə elektron müraciət vasitəsi ilə şikayət göndərmişəm. İnanıram ki, Ədliyyə Naziri cənab Fikrət Məmmədov şikayətimi obyektiv araşdırıb qanunu tədbir görəcək. Kasıb adamlarıq, mənim hardadı artıq pulum ki, Elman Cəlalova rüşvət verim. İstədiyi rüşvəti vermədiyimə görə bizi süründürməçiliyə məruz qoyub.Mən mətbuat vasitəsi ilə Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edirəm; Cənab Nazir Sizdən xahiş edirəm rüşvətxor notarius Elman Cəlalovun barəsində tədbir görəsiniz. Biz Sizə inanırıq, xahiş edirik bizə kömək edin ".

Mövzu ilə bağlı Ucar Rayon notariusu Elman Cəlalovla əlaqə saxladıq E.Cəlilov bildirir ki, sizə şikayət  ərizəsi ilə müraciət edən Həsənova Züleyxa Əli qızı  həmin mülkiyyətin hüquqi varislərinin hamsının razılığı haqqında sənədlərdə bəzi çatışmamazlıq olub.Həmin çatışmamzlıq aradan qaldırıldığı halda mən öhdəmə düşən vəzifəni icra etməyə hazıram.

Natariusun bu açıqlamasındasonra şikayətçi ilə əlaqə saxlayıb vəziyyəti bir daha dəqiqləşdirdik.Şikayətçi tərəfdən Həsənov Hüseyin bir daha qeyd etdi ki,mən beş bacının bir qardaşıyam bütün bacılar öz payını mənə rəsmən verir lakin Elman Cəlalovl bizi süründürməçiliyə salıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar