Nazir: Mühəndislik Universitetinin yaradılması digər ali təhsil müəssisələrinin ləğvinə zəmin yaratmayacaq
14.11.2016 778 0.0 0

“Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq. Bununla bağlı deyilənlər, sadəcə, şayiədir". 

APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, universitetin müvafiq maddi-texniki bazası yaradılacaq: “Ali məktəbə yeni rektor təyin olunacaq, tədris planları hazırlanacaq. 2017-2018-ci tədris ilində universitet tam həcmdə fəaliyyətə başlamalıdır”. 
 
Nazir əlavə edib ki, universitetə bina yer ayrılması ilə bağlı müzakirələr aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar