Nazir müavini: Dərmanların qeydiyyatı ilə bağlı problemlər aradan qaldırılacaq
19.09.2016 434 0.0 0

"Azərbaycana gətirilən dərmanların hər bir seriyası Səhiyyə Nazirliyində yoxlandıqdan sonra onların gömrük orqanlarında rəsmiləşdirlməsinə icazə verilir. Qanunvericilik bunu tələb edir".

Məlumata görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, hamının diqqətində olan əsas məsələ dərmanların keyfiyyəti ilə bağlıdır: "Qiymət aşağı olmaqla yanaşı, keyfiyyət də vacib amildir. Tarif Şurasının Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində dərmanların qiyməti 2-3 dəfə, ümumilikdə isə 90 faizinin qiyməti aşağı düşüb. Təbii ki, bu proses davam edəcək".

E.Ağayev bildirib ki, qeydiyyatdan keçirilən dərman preparatlarının qiymətini Tarif Şurası müəyyənləşdirəcək: "Bununla bağlı bəzi xırda problemlər yaşanır və bunun da aradan qaldırılması istiqamətində tədbirlər görüləcək". /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar