Nazir müəllimlərin işə qəbulundakı yeniliklə bağlı narazılıqlara münasibət bildirib
01.03.2022 142 0.0 0

Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu imtahanlarında 4 səhv cavabın qarşılığında 1 düzgün cavabın silinməsi ilə bağlı dəyişikliklə əlaqədar narazılıqlara münasibət bildirib.

Bildirək ki, o, bu yeniliyin bəzi müəllimlər arasında narazılığa səbəb olmasını normal hal kimi dəyərləndirib.

Nazirin fikirincə, bu yenilik imtahanda iştirak edəcək namizədlərin məsuliyyətini daha da artıracaq: “Bəzi hallarda suallarda səhvə görə cəza olmadıqda təəssüf ki, bəzən insanlar təsadüfi olaraq cavab tapmağa meylli olur. Hər dəfə həmin şəxs 20 % ehtimalla düz cavabı tapmaq lotoreyası oynayır. Biz isə bunun müəyyən mənada müəllim üçün düz olmadığını düşündük. Təhlillərimiz də göstərdi ki, bəzi hallarda müəyyən suallarda bu tipli ölçmə, qiymətləndirmə problemləri var. Misal olaraq, ola bilər sualın 5 cavabı var, namizəd 3 cavabdan birini təsadüfi seçir. Bu da düz deyil. Digər müsbət məqam, müəyyən balları tam ədədlə deyil, kəsir ədədlərlə görəcəyik. Bununla da eyni cür bal yığanların sayı azalacaq”.

E.Əmrullayev əlavə edib ki, dəyişiklik nəticəsində müəllimlərin yerləşdirilməsi halı da daha rahat olacaq.

Qeyd edək ki, növbəti tədris ili üzrə keçiriləcək işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılıb. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək. Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar