Naxçıvan MR Döv­lət Gömrük Komitəsi yarımillik hesabat verib
02.08.2015 813 0.0 0

Naxçıvan Muxtar Respublikası Döv­lət Gömrük Komitəsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasından irəli gələn məsələlər, cari ilin birinci  yarısında görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda kollegiya iclası keçirilib.

Qazeta.info Döv­lət Gömrük Komitəsinə istinadla bildirir ki, Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respub­likası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov vurğulayıb ki, cari ilin birinci yarısında gömrük xidmətinin modernləşməsi, yüksək iş və xidmət şəraitinin yaradılması istiqamətində tədbirlər artaraq davam etdirilib. “Naxçıvanterminalkompleks” Birliyi üçün inşa olu­nan yeni inzibati binanın, beynəlxalq standartlara cavab verən anbarların yenidən qurulması işi yekunlaşdırılıb. Sədərək sərhəd keçid məntəqəsi üçün qurulan yeni gömrük kom­pleksinin baş planına uyğun olaraq ərazidə lazımi torpaq­lama işləri görülüb və tikintiyə başlanılıb. Culfa sərhəd keçid məntəqəsində minik avtomaşınları və onların sər­nişinlərinin daha rahat keçidinin təmin olunması üçün yar­dımçı bina inşa olunub, keçid xəttində rentgen nəzarə­ti qurğusu quraşdırılıb. 
Daha sonra bildirilib ki, büdcənin formalaşdırılması istiqamətində müəyyən olunmuş illik proqnoz-tarşırığa altı ay ərzində 82 % əməl olunub. Belə ki, 2015-ci il üçün müəyyənləş­di­ri­lən 7 milyon manat proqnoza qarşı 5 milyon 921 min manat vəsait toplanaraq büdcəyə köçürülüb, toplanmış və­sait Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri­nin 14,6 %-ni təşkil edib.
Muxtar respublika vasitəsilə həyata keçirilən xarici ti­carət dövriyyəsinin vəziyyətini şərh edən Komitə sədri de­yib ki, idxaldan asılılığın azaldılması istiqamətində hə­yata keçirilən tədbirlər öz bəhrəsini verib. 33 ölkə ilə apa­rılmış ticarət əməliyyatlarının ümumi həcmi 208 milyon 291 min ABŞ dolları olub. İxrac əməliyyatları əsasən İran İs­lam Respublikası, Türkiyə Respublikası, Rusiya Fede­ra­si­yası, İsrail və Türkmənistan Respublikası ilə həyata keçi­rilib.
Vurğulanıb ki, hesabat dövründə  narkotik vasitələrin, pisixotrop tərkibli dərmanların, pirotexniki məmulatların, habelə, əxlaqi keyfiyyətlərimizə mənfi təsir göstərən vasi­tələrin, dini dəyərlərimizlə uzlaşmayan kitab və broşürlə­rin, odlu və soyuq silahların xaricdən qanunsuz yollarla muxtar respublikaya gətirilməsinin qarşısı alınıb. Bu sa­hədə aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyət və hə­yata keçirilən qabaqlayıcı tədbirlər səmərəliliyi artırıb. 
Muxtar respublikada iqtisadiyyatın hərtərəfli inkişaf etdirilməsi məqsədilə qəbul olunmuş Dövlət proqramları­nın icra vəziyyətindən və daxili bazarın qorunması istiqa­mə­tində görülmüş işlərdən də danışan A.Məmmədov qeyd edib ki, muxtar respublikada iqtisadi təhlükəsizliyin təmin edilməsi, daxili bazarın qorunması, ixracın stimul­laşdırılması, yerli istehsal məhsullarının qorunması iqtisa­di inkişafın əsas istiqamətləri kimi müəyyənləşdirilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə insanların hə­yat və sağlamlığının qorunması, əhalinin keyfiyyətli məh­sullarla təminatı, ərzaq təhlükəsizliyi istiqamətində səylər artırılıb, muxtar respublikaya keyfiyyətsiz qida məhsulla­rı­nın gətirilməsinin qarşısı alınıb. Qida məhsullarının bu­ra­xılışı bir qayda olaraq Naxçıvan Gömrük Ekspertizası İda­rəsində laborator analizlərə cəlb edilməklə həyata ke­çi­rilib.
Altı ay ərzində ümumilikdə 80 tona yaxın kənd təsər­rü­fatı, ərzaq və digər qida məhsullarının idxalına icazə ve­rilməyib. Həmin mallar üzərində istehlak tarixinin ol­ma­ması, istehlak müddətinin bitməsi, mənşəyin məlum olmaması, keyfiyyətsiz və ya xarab olması, əmtəə görü­nü­şünün pozulması, tərkibində nitratın miqdarının norma­dan artıq olması kimi hallara, o cümlədən yerli istehsala görə buraxılmayıb. Ümumilikdə ayrı-ayrı vətəndaşlardan saxlanılan 2 tona yaxın məhsul isə yuxarıda qeyd olunan səbəblər əsas götürülərək məhvetmə komissiyası tərəfin­dən məhv olunub.
Aparılmış audit yoxlamalarının nəticələri ilə bağlı mə­lumat verən Komitənin Audit şöbəsinin rəisi, gömrük xid­məti polkovniki Tofiq Hüseynov bildirib ki, cari ilin bi­rin­ci yarısında tabeli gömrük orqanlarının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə yanaşı, 6 sahibkarlıq sub­yek­tinin ümumi gömrük auditi aparılıb, ümumilikdə 12 min manat vəsaitin yenidən dövlət büdcəsinə ödənilməsi təmin edilib. 
Sonra tabeli gömrük orqanları rəislərinin hesabatları din­lənilib. 
Kollegiya iclasına yekun vuran Komitə sədri “Kənd təsərrüfatı ili”ndə yerli kənd təsərrüfatı məhsullarının ana­loji xarici malların təsirindən qorunmasının vacibliyini vur­ğulayaraq nizam-intizamın gücləndirilməsi, qaçaqmal­çı­lıq və gömrük sahəsində digər hüquqpozma halları ilə mübarizə, eləcə də daxili bazarın qorunması istiqamətin­də tədbirlərin artırılması, elektron xidmət və ödənişlərdən istifadənin stimullaşdırılması, maarifləndirmə və profilaktika tədbirlərinin davam etdirilməsi, vətəndaşların müraciətlərinə vaxtında baxılması ilə bağlı konkret tapşırıqlar verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar