NATO-nun yeni hədəfi Bakıdır
16.04.2015 679 0.0 0

NATO Mərkəzi Asiyaya və Cənubi Qafqaza öz təsiri gücünü artırmağa çalışır.

Məlumata görə, bu haqda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Moskvada keçirilən Təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

General qeyd edib ki, blok üzvlərinin tərkibinin genişləndirilməsi ilə yanaşı Alyans rəhbərliyi blok üzvü olmayan ölkələrin təşkilatın fəaliyyətinə cəlb olunmasına böyük əhəmiyyət verir.

"NATO Mərkəzi Asiyaya və Cənubi Qafqazda öz təsirini yaymağa çalışır. Alyansın bu cəhdləri gözəçarpacaq qədərdir", - Gerasimov deyib. Ordu generalı qeyd edib ki, blok üzvü olmayan ölkələrin təşkilatın fəaliyyətinə cəlb olunması üçün "İmtiyazlı əməkdaşlıq" layihəsi yaradılıb.

Qeyd edək ki, Gerasimov bundan əvvəl bildirib ki, artıq 20 ildən çoxdur ki, Moldovadakı Dnestryanı, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya münaqişələri dondurulmuş vəziyyətdədir.

Onun sözlərinə görə, Dağlıq Qarabağ muxtar vilayətinin statusu ilə bağlı Ermənistan və Azərbaycan arasında gedən müharibə də nizamlanmayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar