NATO-nun mobil qrupu tərəfindən təlim kursu keçirilib
04.03.2016 541 0.0 0



Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, NATO-nun Quru Qoşunları İzmir komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "NATO standartlarına uyğun kəşfiyyatla tanışlıq" mövzusunda kurs təşkil edilib.
Təlim kursu Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzində Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrinin birgə iştirakı ilə keçirilib.
İştirakçılara operativ və taktiki səviyyədə "Döyüş sahəsinin hazırlığı", "Məlumatların toplanılması, təhlili və ötürülməsi" və digər mövzularda mühazirələr təqdim olunub, eləcə də praktiki vərdişlərin artırılması məqsədilə sülhməramlı əməliyyatlar ssenarisinə uyğun komanda-qərargah məşqləri keçirilib.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar