Narışkin: `Vaşinqtonun yaratdığı vassallıq sistemi uğursuzluğa uğrayıb`
04.04.2018 934 0.0 0

“ABŞ hətta öz ən yaxın müttəfiqlərinin maraqları ilə hesablaşmır. Vaşinqtonun yaratdığı ABŞ-dan vassal asılılığı sistemi uğursuzluğa uğrayıb”.

 

Məlumata görə, bunu VII Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.  
 

“Biz Vaşinqtonun yaratdığı vassallıq sisteminin uğursuzluğa uğradığını görürük. Amerikalılardan hətta ən yaxın müttəfiqləri belə üz döndərməyə başlayıblar”, - deyə S. Narışkin vurğulayıb.
 

O, dünya nəhənglərinə çağırış da edib: “Dünya nəhəngləri beynəlxalq münasibətlərdə “stavkalar”ın yüksəlməsinə oynamalarını bitirməlidirlər. Məsələni yeni “Karib böhranı”na gətirib çıxarmaq olmaz”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar