Nardaranda telefon və suyun kəsilməsi ilə bağlı məsələyə açıqlama verildi
28.11.2015 744 0.0 0

Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil.
 
Bunu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.
 
Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb: “Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.
 
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə  qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar