Nadir Qafarzadə Sami Yusifə- «Haranın zibilidir ki?»-Video
13.03.2015 1036 0.0 0

Bu gün “ATV”nin canlı efirində qalmaqal baş verib. 

 

Qazeta.info “Qafqazinfo”-ya istinadla bildirir ki, İlqar Mikayıloğlunun təqdim etdiyi “Gün üzü” verilişində qonaq olan Nadir Qafarzadə  Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusufu təhqir etdiyi üçün aparıcı ilə mübahisə edib. O, Sami Yusufla bağlı "Haranın zibilidir ki?" fikrini səsləndirib.

Daha sonra reklam fasiləsində verilişdən uzaqlaşdırılan müğənni kanalda yaşananlara sosial şəbəkədə belə reaksiya verib:

“Hərdən Azərbaycanda yaşayan bir çox insanlara yazığım gəlir. Görəsən, bizim kimi yaltaq varmı? İnanmıram”.

Nadir Qafarzadənin meneceri  açıqlamasında bildirib ki, müğənniyə sözügedən hadisədən sonra kanal tərəfindən qadağa qoyulduğu deyilib. Müğənninin meneceri daha sonra bildirib ki, Nadiri reklam fasiləsində heç kim qovmayıb, o, tənqid olunduğu üçün verilişi tərk edib.

Xatırladaq ki,  Müğənni Nadir Qafarzadə Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusifi təhqir etdiyi üçün “ATV” kanalından qovulması haqda yayılan xəbərlərə aydınlıq gətirib.

Açıqlamasında müğənni bildirib ki, o kanaldan qovulmayıb, reklam fasiləsində özü verilişi tərk edib: “Mən heç vaxt yaltaq olmamışam, bunu hamı bilsin. Sadəcə olaraq dedim ki, mən Sami Yusufu tanımıram. Bu qəbahətdir ki? O müğənnini tanımadığım üçün mənə paxıllıq etdiyimi deyirlər. Tanımadığım adama necə paxıllıq edə bilərəm? O insanı dinləmirəm, zövqümcə deyil. Bu insanlar necə bu qədər yaltaq ola bilirlər? Sami Yusuf 2 gün konsert verib, bir Azərbaycan mahnısı oxuyub cibimizi yığıb gedəcək. Sonra burada öz müğənnilərimiz qalacaq. Özümüzə hörmət etməyi bacarmalıyıq. Sabah xeyir işlər, tədbirlər olanda yenə öz müğənnilərimiz gəlib çıxış edəcək. Məni heç kim verilişdən qovmayıb, özüm reklam fasiləsində tənqid olunduğum üçün verilişi tərk etdim. Bir az öncə mənə zəng edib dedilər ki, kanal mənə qadağa qoyub. Mən qadağa qoyulacağını bilərək, özüm-özümə verilişdə qalmağı qadağan edib oradan getdim. Hamı bilsin ki, Nadir heç vaxt yaltaq olmayacaq və sözün düzünü deyəcək”. 
 
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar