«Ən-Nüsra» terror qruplaşması «Əl Qaidə»dən ayrıldı və adını dəyişdi
29.07.2016 726 0.0 0

Suriyadakı "Ən-Nüsra" qruplaşmasının lideri Əbu Məhəmməd Colani "Əl Qaidə" ilə əlaqələrini kəsdiyini bəyan edib.
 
 "milliyet.com.tr" saytına istinadən verilən xəbərə görə, ilk dəfə üzünü gizlətmədən kameraların qarşısına keçən Colani qruplaşmanın yeni adının "Şam Fəthi Cəbhəsi" olduğunu bildirib.
 
Qruplaşmanın lideri qərarın qəbul edilməsinə əsas səbəb kimi "Suriya inqilabı”nı xilas etmək istəyinin olduğunu deyib.
 
Qeyd olunub ki, "Şam Fəthi Cəbhəsi"nin xarici qüvvələrlə bağlantısı olmayacaq. Qruplaşmanın məqsədi Suriyadakı mücahid qrupları arasındakı məsafələri yaxınlaşdırmaqdır. "Əl Qaidə" ilə bağantını kəsməyimiz Suriya xalqının istəyi ilə baş tutub. Bizi anlayışla qarşıladığı üçün "Əl Qaidə"yə təşəkkür edirik", - deyə terrorçu qruplaşmasının rəhbəri bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar