Müsavat Partiyasının keçmiş üzvləri Ali Məhkəməyə müraciət edib
29.12.2016 1036 0.0 0

Müsavat Partiyasından xaric edilən Əlövsət Sadıqlı, Zakir Cavanşirli və Cahid İmanlı Ali Məhkəməyə müraciət edib.
Məlumata görə, məhkəmə şikayətə 2017-ci ilin yanvarında baxacaq.
Qeyd edək ki, Müsavatdan xaric edilənlər partiyanın sonuncu qurultayının (2014-cü il) nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Onlar müraciətdə partiyanın sonuncu qurultayında pozuntular olmasını əsas göstərərək nəticələrin ləğv olunmasını, yenidən qurultay çağırılmasını tələb ediblər. Məhkəmə onların iddiasını qəbul etməyib. Narazılar Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, iddiaları təmin olunmayıb.
Təşkilatdan xaric edilənlərdən bir qrupu Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunurlar.
Partiyadan istefa verənlərin bir hissəsi də başqanlığa sabiq namizəd Tural Abbaslının yaratdığı Ağ Partiyaya qoşulublar.
Xatırladaq ki, qurultayda Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar