Münhendə ticarət mərkəzində atəş açan şəxsin kimliyi məlum olub
23.07.2016 651 0.0 0

Münhendə ticarət mərkəzində atəş açan şəxsin kimliyi məlum olub.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Münhen polisinin rəisi Hubertus Andre  bildirib.

 

Məlumata görə, cinayəti törətməkdə  18 yaşlı Münhen sakini, İran əsilli Almaniya vətəndaşı şübhəli bilinir.  Onun intihar etdiyi ehtimal olunur.

 

“Ölən və xəsarət alanlar arasında uşaq və yeniyetmələr də var. Xəsarət alanlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin  terror aktı olduğu məlum deyil”, deyə H.Andre bildirib.

 

İyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində baş verən silahlı insident nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar